Evlənəndən 10 ay sonra “ərinin” qadın olduğunu öyrəndi
İndoneziyada gənc xanım tanışlıq proqramı vasitəsilə özünə həyat yoldaşı tapıb.
N.A adlı qadın özünü Amerikada təhsil almış cərrah kimi təqdim edən kişi ilə efirdə tanış olaraq, sevgi münasibəti qurub.
Cütlük 3 ay sonra evlənmək qərarına gəlib. Sevgililər dini nikaha girərək ailə həyatı qurub. Lakin qadın rəsmi nikaha girməyi tələb etdikdə, kişi sənədlərinin olmadığını bəhanə gətirərək, bundan yayınıb. Bir müddət sonra kişi həyat yoldaşını İndoneziyanın Lahat şəhərinə aparıb. Orada qadını evdə saxlayaraq, insanlarla münasibət qurmasına qadağa qoyub.
Bundan xəbər tutan qadının anası kürəkənindən polisə şikayət edib. İşə qarışan polis araşdırma aparaq, həmin şəxsin dələduzluq etdiyini, eyni zamanda özünü kişi kimi təqdim etsə də, qadın olduğunu şikayətçilərin diqqətinə çatdırıb. Məsuliyyətə cəlb olunan dələduz hakim qarşısına çıxarılıb.
Gözlənilməz hadisə ilə üzləşən N.A adlı qadın başına gələn olaydan şoka düşdüyünü, öz həmcinsi ilə evləndiyinə inanmadığını söyləyib