Azad Media Susdurula Bilməz!
Ekspertizanın rəyi AÇIQLANDI: “Vilyam Hacıyev növbədə olmayan şəxslərə qanunsuz evlər verib
GÜNDƏM

Ekspertizanın rəyi AÇIQLANDI: “Vilyam Hacıyev növbədə olmayan şəxslərə qanunsuz evlər verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli RİH-in fəaliyyəti ilə bağlı baş tutan yoxlamaların nəticələri açıqlanıb.

Aktlarda qeyd olunub ki, V.Hacıyevin icra başçısı olduğu müddətdə mənzil növbəsində olmayan bir neçə nəfərə qanunsuz mənzillər verilib.

Bundan başqa, icra hakimiyyəti tərəfindən sosial-kirayə müqavilələri bağlanması və icarə-torpaq sahələrinin verilməsi ilə bağlı qanunsuz sərəncamlar imzalanıb.

Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov sərəncamlarla bağlı məsələyə etiraz edib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o həbs edilib

Ekspertizanın rəyi AÇIQLANDI: “Vilyam Hacıyev növbədə olmayan şəxslərə qanunsuz evlər verib

IRON MAX AZERBAIAN