Azad Media Susdurula Bilməz!
Bu şəxslərin maaşı artıb
GÜNDƏM

Bu şəxslərin maaşı artıb

2022-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 min nəfər və ya 1,4 faiz artaraq 1701,3 min nəfər olub, onlardan 904 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,5 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2022-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 824,7 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub

IRON MAX AZERBAIAN