Evdən 55 minlik oğurluq edən şəxs tutuldu.
Tərtər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 15 000 min ABŞ dolları, 10 000 manat pulunun və 20 000 min manat dəyərində isə qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, müraciət əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşamış Vüqar Baxşəliyev saxlanılıb. Həmin şəxsdən oğurladığı pulun bir qismi, oğurluq zamanı istifadə etdiyi 3 ədəd mobil telefon, maska, əlcək və papaq maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə V.Baxşəliyev barəsində həbs qətimkan tədbiri seçilib.