GÜNDƏM
Məktəblilərin düşdüyü qəza ilə bağlı DYP-dən
Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı ölənin olması ilə bağlı iddialara cavab verib.
İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qəza zamanı ölən olmayıb:
“Bu məlumat həqiqəti əks etdirmir”.
Qeyd edək ki, iyunun 12-si saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində Pərviz Quliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtobus idarəetməni itirərək qəza törədib.
Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar