Azad Media Susdurula Bilməz!
Daşkəsəndə güclü leysan və dolu yağışı təbii fəlakətə səbəb olub - FOTO
GÜNDƏM

Daşkəsəndə güclü leysan və dolu yağışı təbii fəlakətə səbəb olub - FOTO

Daşkəsənə dolu yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, saat 19 radələrində rayon ərazisində dolu ilə yanaşı güclü leysan yağışı yağıb.

Rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib.

Sel suyu Çanaqçı ilə digər kəndi birləşdirən körpünü tamamilə dağıdıb.

Alaxançallı kəndi ərazisində isə sel suyu bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb.

Bir neçə avtomobili çay aparıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb.

İnsan itkisi və xəsarət alan yoxdur.

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir

IRON MAX AZERBAIAN