FHN: Ötən sutka 27 yanğına çıxış olub, 4 nəfər xilas edilib - VİDEO
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin, yanğın yerinin kəşfiyyatı zamanı 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun və Bakı şəhərinin Nizami rayonunda bağlı qapı arxasında 1938-ci il təvəllüdlü Barisova Raisa Petrovnanın meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.