Azad Media Susdurula Bilməz!
Şəhid ailəsi icra nümayəndəsinin evinə hücum edib - DİN-dən açıqlama
GÜNDƏM

Şəhid ailəsi icra nümayəndəsinin evinə hücum edib - DİN-dən açıqlama

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova şəhid ailəsinin hücumuna məruz qaldığını bildirib. O iddia edib ki, şəhid ailəsi bir neçə sakinlə birgə onun evinin pəncərələrini sındırıb, daha sonra evinə daxil olaraq, əşyalara zərər yetirib.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlama verib.

“İyun ayının 4-də Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısının Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova Daşkəsən rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhid anası Sevda Şıxıyeva, onun həyat yoldaşı Raqif Şıxıyev, oğlu Sərxan Şıxıyev və bir neçə kənd sakinləri heç bir əsası olmadan, əllərindəki küt alətlərlə ona məxsus evin qarşısına gələrək evin pəncərələrini sındırdıqlarını, daha sonra evə daxil olaraq məişət əşyalarını sındırdıqlarını və ona külli miqdarda maddi ziyan vurduqlarını bildirib.

Əlavə olaraq müraciət müəllifi ərizəsində şəhid qardaşı Sərxan Şıxıyevin onun həyat yoldaşı, Dəstəfur kənd bələdiyyəsinin sədri Rövşən Həsənova taxta parçası ilə xəsarət yetirdiyini də qeyd edib.

Bundan başqa L.Cəfərovanın bacısı Pərvanə Cəfərova da DİN-in "102 Zəng Xidməti" Mərkəzinə müraciət edərək yuxarıda qeyd olunan şəxslərin heç bir səbəb olmadan ona məxsus fərdi yaşayış evinə gələrək, evdəki qapı-pəncərə və digər əşyaları sındıraraq külli miqdarda maddi ziyan dəydiyini bildirib”, - DİN rəsmisi qeyd edib.

E.Qasımov vurğulayıb ki, hadisə ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb, müvafiq ekspertiza təyin olunub:

“Şəhid anası Sevda Şıxıyeva rayon Polis Şöbəsində olan zaman özünün şəhid anası olduğunu vurğulayaraq etdiyi hərəkətləri etiraf edib, lakin özünə haqq qazandıraraq izahat verməkdən imtina edib. Məhkəmə tibbi və əmtəəşünaslıq ekspertizaların rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək

IRON MAX AZERBAIAN