Azad Media Susdurula Bilməz!
Günorta yuxusunun faydaları: 6 səbəb
GÜNDƏM

Günorta yuxusunun faydaları: 6 səbəb

Hamıya məlumdur ki, yuxu insan orqanizmi üçün çox vacibdir. Gecə 7-9 saat yuxu almaq mümkün olmayıbsa, tamamlanmamış yuxunu günorta vaxtı ala bilərsiniz. Günün ikinci yarısı olan yuxu itirilmiş enerjinin bərpası üçün ən gözəl ideyadır.

Tədqiqatçılar günorta yuxusunu ertələməməyin 6 əsas səbəbini açıqladılar:

Günorta yeməyindən sonra bir saat alınmış yuxu insanın özünü axşam saatlarına qədər gümrah, sakit və daha öz güvənli hiss etməyə şərait yaradacaqdır.

Diqqət konsentrasiyanın artırılması. Yuxunuz tam olarsa maşın sürərkən daha diqqətli olacaqsınız və işdə çətin vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələ bilərsiniz.

Yuxu qan təzyiqini aşağı salır. İngilis tədqiqatçıların fikrincə, günorta yuxunu almaqla yüksək təzyiqinizi aşağı salmaq mümkün olacaqdır.

Yuxu yaddaşı möhkəmləndirir. Alman tədqiqatçılarının fikrincə, günün ikinci yarısı yatan insanların yaddaşları daha çox informasiya qəbul edib yadda saxlamağa qadır olur.

Yaradıcı təxəyyülün stimullaşdırır. Əgər özünüzdə yaradıcılığın azaldığını görürsünüzsə, o zaman bir az yuxu rejiminizi qaydaya salın, tam yuxu almaq üçün özünüzə vaxt ayırın. Gün ərzində istirahət edənlərdə yaradıcılıq artımını görmək olur.

Ürək xəstəliyinin qarşısı alınır. Günün ikinci yarısı yatan insanlarda ürək-damar sistemi ilə daha az problem yaşanılması müşahidə olunur. Yeməkdən sonra istirahət sağlamlığınızı stressdən qoruyan ən əlverişli yoldur.

10 dəqiqə belə orqanizminizə verilən istirahət sizə huzur rahatlıq verəcəkdir. Belə qısa müddətli istirahət belə orqanizminizin fəaliyyətinə müsbət təsir edəcəkdir

IRON MAX AZERBAIAN