Azad Media Susdurula Bilməz!
Şeyxin qudası 33-cü dəfə Həccə getmək istədi, buraxılmadı
GÜNDƏM

Şeyxin qudası 33-cü dəfə Həccə getmək istədi, buraxılmadı

Bu il Həcc ziyarətinə getmək istəsəm də, icazə verilmədi”.Bunu Modern.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə deyib.

O bildirib ki, bu il Həccə yaşı 65 yaşdan yuxarı olanlar buraxılmır: “Mən bu il Ümrə ziyarətinə gedəcəyəm, təxminən noyabr, dekabr aylarına təsadüf edəcək. Bu il yaşı 65-dən yuxarı olanları Ümrəyə qoyurlar, ancaq Kəbə ziyarətinə yox. Ümrə özü də elə kiçik Həcc ziyarəti hesab olunur”.

Sabiq deputat Həcc ziyarətinin müzakirələrə səbəb olan qiymətindən xəbərsiz olduğunu söyləyib: “Bu il qiymətlərin nə qədər olduğunu bilmirəm, yəqin ki, çəkilən xərcə uyğun olacaq”. 

Qeyd edək ki, 68 yaşlı Qalib Salahzadə ümumilikdə 32 dəfə Həcc ziyarətində olduğunu açıqlayıb. 

Xatırladaq ki, bu gün Azərbaycanda Həcc ziyarətinə gediş üçün sənəd qəbulu başa çatıb, qısa müddət ərzində 680 nəfərlik kvota yeri dolub. Pandemiya şəraiti davam etdiyindən 65 yaşdan yuxarı vətəndaşların ziyarətə getməsinə icazə verilməyib. Bu il Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən edilib.

IRON MAX AZERBAIAN