GÜNDƏM
Daha bir məktəbdə rüşvət qalmaqalı: direktorunun səs yazısı yayıldı
Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.
Bakufakt.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.
V. Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib.Daha sonra direktor müəllimi otaqdan qovub və məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını bildirib.