Azad Media Susdurula Bilməz!
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
cəmi̇yyət

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Qax rayonunda  yerləşən evdən məişət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Məmmədli  müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. S.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

IRON MAX AZERBAIAN