Azad Media Susdurula Bilməz!
Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat
GÜNDƏM

Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat

Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.

"Bakufakt" xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.

Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən uşağı müvəqqəti olaraq qonşusuna tapşırıb. Qadın geri qayıtdıqda övladının pilləkəndən yıxılaraq öldüyünü görüb.

Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.

Hadisə baş verən zaman uşağın atası işdə olub.

Azyaşlının hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.

IRON MAX AZERBAIAN