Azad Media Susdurula Bilməz!
Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK
cəmi̇yyət

Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

Azərbaycanda doğum göstəriciləri azalmağa davam edir.

Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2025-ci ilin (yanvar-may) aylarında 38 836 uşaq, 2026-cı il (yanvar-may) aylarında 28 631 körpə dünyaya gəlib.

Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib.

Qeyd edək ki, 2024-cü ilin ilk beş ayında (yanvar-may) Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 43 min 317 doğulan körpə qeydə alınmışdı.

Demoqrafik göstəricilər bu il Azərbaycanda doğulan uşaq sayının təxminən 75-80 min civarında olacağını göstərir. Bu isə ölkədə doğum göstəricilərinin 1947-cı ildən bəri ən aşağı göstərici olacağını deməyə əsas verir.

IRON MAX AZERBAIAN