Bu gün 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Mehman Əliyev 51 illik yaşını qeyd edir
28 iyun tarixində 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Mehman Əliyevin 51 yaşı tamam olur.
Bu əlamətdar gün münasibətilə Media Məlumat Mərkəzinin və Milli TV-nin kollektivi adından cənab Mehman Əliyevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmət fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Uzun illərdir ədliyyə orqanlarında vicdanla xidmət edən Mehman Əliyev yüksək peşəkarlığı, prinsipiallığı, məsuliyyətli idarəçilik bacarığı və insanlara həssas münasibəti ilə həm rəhbərlik, həm də kollektiv arasında böyük hörmət qazanmış nüfuzlu rəhbərlərdən biridir.
Qeyd etmək istərdik ki, Media Məlumat Mərkəzi və Milli TV tərəfindən aparlan sorğular nəticələrinə , Mehman Əliyevin "Vəzifəsini vicdanla və peşəkarlıqla görməsi qənaətinə gəlmişdir" Qeyd edək ki, Mehman Əliyev uzun illər ərzində göstərdiyi qüsursuz xidməti, peşəkarlığı və dövlətə sədaqəti ilə nəzərə çarpacaq dərəcəcə diqqət cəlb etmişdir.
Ədliyyə nazirinin və Penitensiar Xidmətin rəisinin etimadını hər zaman layiqincə doğruldan Mehman Əliyev rəhbərlik etdiyi müəssisədə nümunəvi idarəetmə sistemi formalaşdırmış, yüksək nizam-intizamın təmin olunmasına, qanunun aliliyinin qorunmasına və əməkdaşlar arasında sağlam iş mühitinin yaradılmasına mühüm töhfələr vermişdir.
Onun rəhbərliyi ilə müəssisədə şəhid ailələrinə, qazilərə və digər həssas kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət və qayğı göstərilməsi daim prioritet məsələlərdən biri qalmaqdadır. Bu humanist yanaşma rəhbər kimi onun yüksək mənəvi keyfiyyətlərinin bariz göstəricisidir.
Bununla yanaşı, əməkdaşımız tərəfindən məhbusların valideynləri və yaxın qohumları arasında aparılan sorğular zamanı müəssisənin fəaliyyəti və idarəçiliyi ilə bağlı müsbət fikirlər səsləndirilmiş, rəhbərliyin ədalətli və məsuliyyətli fəaliyyətindən razılıq ifadə olunmuşdur.
Hörmətli cənab polkovnik!
Öz vəzifənizi böyük məsuliyyət, yüksək peşəkarlıq, vicdan və dövlətə sədaqət prinsipləri əsasında icra etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.
Arzu edirik ki, ömrünüz uzun, canınız sağlam, ailəniz daim xoşbəxt olsun. Xidmət yolunuz yeni uğurlarla zənginləşsin, dövlətimizə və xalqımıza göstərdiyiniz xidmətlər hər zaman yüksək qiymətləndirilsin.
Doğum gününüz mübarək olsun! Yeni yaşınız Sizə yeni nailiyyətlər, möhkəm cansağlığı, firavan həyat və daha böyük uğurlar gətirsin.
Bakufakt.az

