Azad Media Susdurula Bilməz!
Ucuz Nömrələrə aldanıb Ciddi narahatlıq yaşayan Vətəndaşlara müraciət.
cəmi̇yyət

Ucuz Nömrələrə aldanıb Ciddi narahatlıq yaşayan Vətəndaşlara müraciət.

“Simsel” şirkətinin icraçı direktoru Sübhan Əzizov son vaxtlar mobil nömrələrlə bağlı yaranan ciddi narahatlıqlarla əlaqədar vətəndaşlara müraciət edib.
Onun sözlərinə görə, hazırda nömrə satışı bazarında bəzən çox ucuz qiymətə nömrələr təklif olunur və vətəndaşlar qiymətin aşağı olmasına aldanaraq həmin nömrələri alırlar. Lakin istifadə zamanı ciddi problemlərlə qarşılaşırlar. Belə ki, nömrənin əvvəlki istifadəçisinin müxtəlif məsələləri ilə bağlı həmin nömrəyə çoxsaylı zənglər daxil olur.
Bəzi hallarda fəaliyyətini dayandırmış şirkətlərə məxsus nömrələr yenidən satışa çıxarılır və ucuz qiymətə təklif edilir. Həmçinin, bəzi nömrələr vətəndaşın adına rəsmiləşdirilmir ki, bu da gələcəkdə əlavə problemlərə səbəb ola bilər.
Bu kimi hallarla qarşılaşmamaq üçün Sübhan Əzizov nömrələrin yalnız rəsmi satış kanallarından alınmasını və imkan daxilində nömrənin ilk istifadəçisi olmağı tövsiyə edir.

 

IRON MAX AZERBAIAN