cəmi̇yyət
Manqalı benzinlə yandırmaq istədi, faciəvi şəkildə öldü
Şəmkirdə ehtiyatsızlıq səbəbindən yanıq xəsarəti alan 23 yaşlı kişi ölüb.
Bakufakt.az xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-də manqal qalayan zaman benzin ilə ehtiyatsız davranması səbəbindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq mayın 10-da vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

