Zəmanətli məhsula imtina: Vətəndaş “Aghazada Electronics” mağazasından şikayətçidir
Vətəndaş Elnurə Əliyeva “Xebermen.az” redaksiyasına müraciət edərək Abşeron TM də yerləşən “Ağazadeelectronics “ mağazasında qarşılaşdığı problemlə bağlı şikayətini bildirib.
Onun sözlərinə görə, 3 mart 2025-ci ildə Sədərək Ticarət Mərkəzində sıra 13 mağaza70 “Ağazade Electronics”mağazasından dsp firmasına məxsus dəyəri 320 azn,10 L xəmir yoğuran aparat alıb. Məhsula 1 il zəmanət verilib. Lakin xəmiryoğuran xarab çıxıb.
Vətəndaş məhsulu 12 mart 2025-ci ildə mağazaya aparıb, cihaz təmir olunaraq ona geri təqdim edilib.
( Mağaza müdiri Ağazadə Rəşad məhsulun zavadskoy xarab çıxdığını, lakin təmir etdiklərini deyib)
Xəmiryoğuran təmirdən sonra ilk istifadədə yenə eyni nöqsanla xarab olub.
Vətəndaş , yenidən Ağazadə Electronics mağazasının əməkdaşları ilə əlaqə saxlasa da onun zənglərinə cavab verilməyib , bizim zəngimizdən sonra xanıma cavab verilib və gətirin yenidən təmir edib sizə qaytaraq deyilib. Xanım eyni yerdən xarab olan məhsulun yenidən təmirinə razı olmayıb və yenisiylə dəyişilməsini xahiş edib.
Vətandaşın şikayətindən sonra “Ağazade Electronics”in əməkdaşları ilə biz də əlaqə saxladıq. İlk olaraq xanımı tanımadıqlarını və zəmanət talonunun onlara aid olmadığını bildirdilər. Daha sonra “Bəli,bizim mağazadı amma biz orda fəaliyyət göstərmirik Abşeron Ticarət Mərkəzində fəaliyyət göstərdiklərini bildirib xanım məhsulu gətirsin dedilər.”
Vətəndaş Elnurə Əliyeva 25 mart 2026-cı ilda Abşeron TM də yerləşən korpus 29,mağaza 5 -ə xəmiryoğuranı apararaq geri qaytarma və ya dəyişmə etmələrini xahiş etsədə mağaza səlahiyyətlisi Rəşad kobud şəkildə dəyişməyəcəyini,hara ,kimə istəyirsiz şikayət edin,mənə kimsə nəsə edə bilməz ,polisə belə zəng edin ,mən ümumiyyətlə deyəcəm ki, sizdə olan zəmanət talonunu mən verməmişəm,mənim xəttim,imzam deyil,necə sübut edəcəksiz ki,mənim məhsulumdu deyərək,xəmiryoğuranı dəyişməyəcəklərini qeyd edib. Eləcə də məhsulu şəxsən özü satsada israrla xalası oğlunun üzərinə ataraq onu günahlandırıb.
Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlardan AğazadeElectronicsin (Rəşad) fəaliyyətinin araşdırıb tədbir görülməsini xahiş edir.
Şikayətçi bu cür məsuliyyətsiz, keyfiyyətsiz məhsul satan ,vətandaşları aldatmağıyla fəxr edən, gedin deyin dələduzam neyliyəcəklər mənə deyən mağazadan mənim kimi aldanıb məhsul almamağa çağlrıb.Məhsulların satana kimi qarşında qul olanlar,satdıqdan sonra səni tanımadıqlarını,özlərin ağa kimi aparırlar.

