Dövlətin gücü onun təhlükəsizliyindən, təhlükəsizliyi isə onu qoruyan peşəkar, sədaqətli və prinsipial insanlardan qaynaqlanır.
28 mart Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı münasibətilə, başda cənab xidmət rəisi, general-polkovnik Əli Nağıyev olmaqla, ölkəmizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan bütün əməkdaşları ürəkdən təbrik edirəm!
Dövlətin gücü onun təhlükəsizliyindən, təhlükəsizliyi isə onu qoruyan peşəkar, sədaqətli və prinsipial insanlardan qaynaqlanır. Sizlər Vətənə sədaqətin, dövlətçiliyə bağlılığın, milli maraqlara xidmətin ən ali nümunəsini göstərərək, hər zaman görünməyən, lakin son dərəcə məsuliyyətli bir missiyanı şərəflə yerinə yetirirsiniz. Sizin fəaliyyətiniz sayəsində ölkəmiz sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühitində inkişaf edir. Bu şərəfli peşə yalnız cəsarət deyil, həm də yüksək zəka, soyuqqanlılıq, səbir və sarsılmaz iradə tələb edir. Sizlər bu keyfiyyətləri öz fəaliyyətinizdə birləşdirərək, dövlətimizin milli təhlükəsizliyini qoruyur, daxili və xarici təhdidlərə qarşı qətiyyətlə mübarizə aparırsınız.
Bu əlamətdar gün münasibətilə hər birinizə möhkəm cansağlığı, ailə səadəti, çətin və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Vətənimiz daim güclü, dövlətimiz əbədi olsun!

