Azad Media Susdurula Bilməz!
Metro və avtobusda qızları videoya çəkərək "TikTok"a yerləşdirən şəxs peyda olub
cəmi̇yyət

Metro və avtobusda qızları videoya çəkərək "TikTok"a yerləşdirən şəxs peyda olub

"TikTok" platformasında yayılan bəzi videolar ictimai narazılığa səbəb olub.

Bakufakt.az xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.

Belə ki, naməlum şəxs Bakı metropolitenində və ictimai avtobuslarda qadınları onların razılığı olmadan lentə alaraq görüntülərini sosial şəbəkəyə yerləşdirir. Videoların üzərinə isə söyüş və qeyri-etik ifadələrdən ibarət səs yazıları əlavə olunur.

Qeyd edək ki, bu şəxsi həyatın toxunulmazlığının pozulması və qadınların ləyaqətinin alçaldılması kimi qiymətləndirilir.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, qeyd olunan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

IRON MAX AZERBAIAN