Azad Media Susdurula Bilməz!
Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər
cəmi̇yyət

Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər

Lənkəranın Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullayeva ilə müəllim Aynur Cəfərova arasında uzun müddət davam edən qalmaqal məhkəmə yolu ilə həll olunub.

Bakufakt.az  xəbər verir ki, direktor məhkəməyə müraciət edərək müəllim və onun atası, rayonda həkim işləyən Şakir Qasımovun sosial şəbəkədə onun barəsində təhqir və böhtan xarakterli paylaşımlar etdiyini bildirib. Y. Fərzullayeva hər iki şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cəzalandırılmasını tələb edib.

Məhkəmədə müəyyən olunub ki, A. Cəfərova və atası sosial şəbəkədə Y. Fərzullayeva haqqında "rüşvətxor", "korrupsioner", "saxta izahatlar alan" və "dələduz" kimi ifadələrdən istifadə ediblər.

A. Cəfərova bildirib ki, narazılıq onun dərs saatlarının azaldılması ilə bağlı yaranıb. Atası Ş. Qasımov isə qızının dərs saatlarının qanunsuz azaldıldığını və buna görə paylaşım etdiklərini qeyd edib. Hər iki şəxs baş verənlərə görə direktor qarşısında üzr istəyiblər.

Məhkəmə qərarına əsasən, Aynur Cəfərova 1000, Şakir Qasımov isə 1500 manat məbləğində cərimə edilib.

Fotoda: Yaxşıxanım Fərzullayeva

IRON MAX AZERBAIAN