Azad Media Susdurula Bilməz!
Yeni il münasibətilə bəzədilmiş “SantaBus” yenidən Bakı küçələrində
cəmi̇yyət

Yeni il münasibətilə bəzədilmiş “SantaBus” yenidən Bakı küçələrində

Bakıda “Yeni il” bayramı münasibətilə şam ağacı formasında bəzədilmiş avtobusun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bakufakt.az-ın məlumatına görə, 10-TF-899 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun üzərinə nəqliyyat vasitələri üçün nəzərdə tutulmayan işıq cihazları quraşdırılıb. Eyni zamanda ictimai nəqliyyat vasitəsinin salonu müxtəlif işıqlarla bəzədilib. Bundan əlavə, avtobusun ön şüşəsində işıqla “SantaBus” və “2026” yazıları əks olunub.

Qeyd edək ki, nəqliyyat vasitəsinin sərnişin daşıyan avtobus kimi fəaliyyət göstərmədiyi bildirilir. 

Xatırladaq ki, yol hərəkəti təhlükəsizliyi qaydalarına əsasən, nəqliyyat vasitələrinə standartdan kənar işıq qurğularının quraşdırılması qadağandır və bu hal digər sürücülər üçün diqqət yayınmasına, eləcə də qəza riskinin artmasına səbəb ola bilər.

IRON MAX AZERBAIAN