cəmi̇yyət
Vüqar Əhməd saxlanılıb
Tanınmış, nəğməkar şair Vüqar Əhmədin saxlanıldığı bildirilir.
Bakufakt.az xəbər verir ki, bu haqda Manset.az məlumat yayıb.
Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.

