Azad Media Susdurula Bilməz!
Bezdik, yorulduq, iyrəndik artıq...
cəmi̇yyət

Bezdik, yorulduq, iyrəndik artıq...

Ölkə gündəmi bərbad vəziyyətdədir. Bir ölkənin ictimai-siyasi həyatının gündəm sərhədləri şayiələrlə, qeybətlə, bir-birinə təhqirlə müəyyən edilə bilərmi? Belə mühitdə sağlam düşüncə, sağlam məntiq olar?
Bezdik, yorulduq, iyrəndik artıq.
Adamların həyatında o qədər boşluq var ki, gözləri bir-birini izləyir: “O nə etdi?”, “Bu nə dedi?” — bir-birinə nifrət qusan, qisas hissi ilə alışan adamlardan bizə nə?
Normal cəmiyyətlərdə sosial şəbəkə fərdlər üçün stimuldur. Gördüyü işlərdən paylaşım edər, təcrübələrini, nailiyyətlərini bölüşər. Azərbaycanda isə sosial şəbəkə çayxana qeybətinin məkanına çevrilib.
Belə təfəkkürə görə seçki mühiti, sağlam rəqabət imkanları, tərəfsiz media yoxdur da. Çünki “əlahəzrət vətəndaşımız” üçün müzakirə dedikdə, avara və qeyri-ciddi saytların, ucuz siyasi bazarda özünə yer axtaran YouTube kanallarının, dezinformasiya yayan səhifələrin başlıqları maraqlıdır.
Halbuki bu mövzular sənin həyatında nəyi dəyişir? Sənə nə qazandırır? Həyat səviyyən, təhsilin, nailiyyətlərin artırmı?

IRON MAX AZERBAIAN