cəmi̇yyət
21-dən az dişi olan insanlarda piylənmə riski artır - ARAŞDIRMA
Bunu “Gerodontology ” jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər 65-89 yaş arası 1765 nəfərin tibbi qeydlərindən alınan məlumatları təhlil ediblər. İştirakçıların təxminən 73%-i artıq çəki və ya obez olub. Hər itirilən diş piylənmə riskinin 2% artması ilə əlaqələndirilib. Arxa dişlərin itirilməsi ilə risk daha artıq olur.
Mümkün bir izahat budur ki, diş itkisi insanların yumşaq qidalara keçməsinə səbəb olur: kartof, peçenye, donuts. Bu qidalar daha çox kalori, yağ və şəkər ehtiva edir və kilo almağa kömək edir.
“Stomatoloqlar xəstələrə daha sağlam qidaları necə uyğunlaşdırmağı öyrətməklə problemi azalda bilərlər. Tərəvəzləri şorbaya, meyvələri isə smuzilərlə əvəz etmək olar”, - alimlər qeyd ediblər.
Zəif diş sağlamlığı ağız xərçəngi və digər şişlər, diabet və ürək-damar xəstəlikləri ilə də əlaqələndirilir.