Nazir "Kardiologiya"nın baş həkimini işdən çıxardı - Direktor təşvişdə...
Səhiyyə Nazirliyinin Ç.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitunun baş həkimi Rza Səmədov vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə Səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Baş həkim səlahiyyətlərinin icrası Azad Hacıyevə tapşırılıb.
Məlumata görə, A.Hacıyev bu vəzifəni müvəqqəti icra edəcək. Bir müddət sonra baş həkim postuna yeni təyinat həyata keçiriləcək.
Qeyd edək ki, sabiq baş həkim Rza Səmədov İnstitutun direktoru Gülnaz Dadaşovanın yaxın adamı kimi tanınırdı. Onun vəzifəsindən uzaqlaşdırılmasının direktorun ciddi narahatlığına səbəb olduğu bildirilir. Qeyd olunur ki, məhz buna görə G.Dadaşova hazırda İnstitutda "səliqə-səhman" yaratmağa başlayıb. Belə ki, onun özünü sığortalamaq üçün İstitutda aylardır xadimə ştatında olan, lakin tibb bacısı kimi fəaliyyət göstərən Failə Mahmudovanı işdən uzaqlaşdırdığı deyilir.