Azad Media Susdurula Bilməz!
“Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR
cəmi̇yyət

“Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

“Kredaqro” bank olmayan kredit təşkilatı (BOKT) ötən il ərzində 17 işçisini ixtisar edib.

Bu barədə Bakufakt.az BOKT-dən əldə etdiyi məlumata əsasən bildirir.

Belə ki, 2022-ci ilin sonuna mikromaliyyə təşkilatının işçilərinin sayı 91 nəfər olduğu halda, 2023-cü ilin ilk yarısında bu işçilərin sayı 85 nəfərə kimi azaldılıb. 2023-cü ilin sonunda isə daha 11 nəfər ixtisar edilib və işçilərin sayı 74 nəfərə enib.

Başqa sözlə, son bir ildə “Kredaqro” işçilərinin sayını 19% azaldıb.

Qeyd edək ki, "Kredaqro" 2000-ci ildə yaradılıb. BOKT-nin hazırda 100% səhmdarı Rusiyanın Agromostfinans MMC şirkətidir.

Reklam ADS