Azad Media Susdurula Bilməz!
Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər”
cəmi̇yyət

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər”

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları danışıblar.

Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, dönərçilər beş manata görə hər şeyi edirlər:

“Nəvəm axşam evə gəlib və qusmağa başlayıb. Daha sonra təcili yardıma müraciət etdik”.

Zəhərlənən digər şəxsin atası bildirib ki, yeddi yaşlı övladı dönəri məhz dönərxanada yeyib, daha sonra isə halı qəfildən pisləşib.

Qeyd edək ki, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə baş verib. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib. Məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

IRON MAX AZERBAIAN