Qız 6 sevgilisini eyni saatda GÖRÜŞƏ ÇAĞIRDI
19 yaşlı İspaniyalı Fanni Blom sosial şəbəkədə tanış olduğu 6 oğlanı görüşə dəvət edib. xarici KİV xəbər verir ki, Fanni şübhə doğurmamaq üçün gənclərə ad gününü qeyd etdiyini bildirib.
Oğlanların 6-sı da doğum gününün qeyd edildiyi kluba gəliblər. Lakin onların heç biri məclisin sonun qədər rəqib olduqlarını hiss etməyiblər. Qız tualetə getmək adi ilə müxtəlif vaxtlarda oğlanların hər biri ilə görüşür.
Bütün axşam onun üçün içkilər, şirniyyatlar, müxtəlif hədiyyələr alınıb, bir sözlə, əsl doğum günü olub. Hətta Blomu pul xərcləməyə belə qoymayıblar.
Sonra Fanni “doğum günü” ilə bağlı videonu TikTokda paylaşıb. Deyib ki, məqsəd onlardan ən yaxşısını seçməsi olub.
Video oğlanlardan birinin diqqətini çəkib və aldandıqlarını bilib. Lakin buna acığı tutmayıb, baş verənlərə yumorla reaksiya verib