GÜNDƏM
15 yaşlı məktəbli qızın meyiti tapıldı
Xaçmaz rayonunda məktəbli qızın meyiti tapılıb.
"Bakufakt" xəbər verir ki, 15 yaşlı A.B-nin cansız bədəni evdə yaxınları tərəfindən aşkar olunub.
Hələlik onun ölüm səbəbi dəqiq məlum deyil.
Mərhumun Xaçmaz rayon, Ləcət kənd tam orta məktəbinin 9-cu sinif şagirdi olduğu bildirilir.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

