Azad Media Susdurula Bilməz!
Quran oxumağa görə 10 il həbs
XARİCİ MƏNBƏLƏR

Quran oxumağa görə 10 il həbs

 Görüntülər və əldə edilən faktlar Çində uyğurlar və digər türk azlıqlarının ağır şəraitdə saxlanıldığını nümayiş etdirir.

Polisə məxsus sənədlərin yayılması BMT-nin insan haqları üzrə Ali Komissarı Mişel Baçaletin Sincana tanışlıq səfəri ilə eyni vaxta təsadüf etdi. Çin hökumətinin tənqidçilərinin fikrincə, komissarın səfər proqramı hakimiyyət orqanları tərəfindən ciddi nəzarətə alınacaq.

Yayılmış sənədlər rəsmi Pekinin Sincan bölgəsində yaşayan uyğurlarla bağlı “tərbiyə düşərgələri” və adi həbsxanaları kütləvi şəkildə istifadə etdiyini ortaya qoyur. Çin rəsmiləri 2017-ci ildən bölgədə inşa edilən “tərbiyə düşərgələri”ni adi məktəb kimi təqdim etsələr də, yayılan fotolar, həmin “məktəb”lərin daxili qaydaları və mühafizə sistemi bunun heç də belə olmadığını ortaya çıxarır. Pekin nümayəndələri rəsmi səviyyədə həmin düşərgələrin könüllülük prinsipi əsasında fəaliyyət göstərdiyini, ekstremizmə qarşı hazırlıq kursları keçirilən məktəblər olduğunda təkid edir

Quran oxumağa görə 10 il həbs

IRON MAX AZERBAIAN