Putin ağır xstədir-Biritanyanın keçmiş kəşviyyatcısı
Rusiya prezidenti Vladimir Putin ağır xəstədir. Lakin onun xəstəliyinin dəqiq nə olduğu bəlli deyil.Bu bairədə 2006-2009-cu illərdə MI6 məxfi kəşfiyyat xidmətində Rusiya departamentinə rəhbərlik edən keçmiş Britaniya kəşfiyyatçısı Kristofer Stil açıqlama verib.
“Bunun hansı xəstəlik olduğu tam aydın deyil - sağalmaz, ölümcül və ya buna bənzər bir şeydir”, - Stil qeyd edib.
Onun şərhləri ukraynalı general-mayor Kirill Budanovun da Rusiya liderinin xərçəng xəstəliyindən ağır xəstə olduğunu və onun vəzifədən uzaqlaşdırılması üçün Rusiyada çevriliş hazırlandığını deməsindən sonra ortaya çıxıb.
Stil qeyd edib ki, Putinin səhhətində ciddi problemlər olsa belə, ona təsir etmək hələ də çətindir.
“Mən hələ də düşünürəm ki, ona bunun fəlakətli müharibə olduğunu söyləyənlər var, xüsusən də Rusiya iqtisadiyyatına pis təsir edəcək və biz yalnız ümid edə bilərik ki, bu, bir növ siyasət dəyişikliyinə və ya hətta rejim dəyişikliyinə gətirib çıxaracaq. Lakin bu, əlbəttə ki, belə olmaya bilər”, - keçmiş Britaniya kəşfiyyatçısı vurğulayıb