XARİCİ MƏNBƏLƏR
İrəvandakı mitinqdə 206 etirazçı saxlanıldı – YENİLƏNİB
İrəvanda polis çərşənbə axşamı müxalifətin mitinqləri zamanı 200-dən çox adamı saxlayıb.
Şəhərin polis idarəsindən verilən məlumata görə 206 nəfər İrəvanın polis şöbələrinə aparılıb.
Saxlanılanlar arasında ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da olub.
Onun artıq sərbəst buraxıldığı bildirlib.
*****
Ermənistanda davam edən etirazlar fonunda “Müqavimət” hərəkatı üzvləri yenidən İrəvanın mərkəzindəki Baqramyan prospektini bağlayıblar. Hadisə yerinə gələn polislərin müdaxiləsi ilə etirazçıların bir qismi yolun hərəkət hissəsindən çıxarılıb, bir hissəsi isə saxlanılıb.
Saxlanılanlar arasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.