Dünya şöhrətli kəşfiyyat analitiki Ukrayna tərəfində döyüşlərə qoşuldu - FOTO
Tanınmış hərbi ekspert, ABŞ kəşfiyyatının keçmiş analitiki Malkolm Nens Ukrayna Beynəlxalq Legionuna qoşulub.
O, bu barədə MSNBC telekanalına müsahibəsində danışıb.
Nensin sözlərinə görə, o, təxminən bir həftə əvvəl Ukraynanın müdafiəçilərinə öz bacarıqlarını təklif etmək və Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın işğalını dəf etməkdə kömək etmək üçün qoşulub.
“Müharibənin necə getdiyini gördükcə daha çox düşündüm: Danışmaq kifayətdir. Artıq hərəkətə keçməyin vaxtıdır... Əgər biz burada uğursuzluğa düçar olsaq, rusiyalılar bu ölkədə demokratiyanı məhv edəcəklər... Döyüş olacaq və biz qalib gələcəyik”, - deyə o, qərarını izah edib.
Qeyd edək ki, Nens Balkan yarımadasında, Yaxın Şərqdə və Afrikada kəşfiyyat əməliyyatlarında iştirak edən və qlobal səviyyədə tanınan hərbi ekspertdir.