XARİCİ MƏNBƏLƏR
Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 Liderlər Sammitində geyimi ilə diqqət çəkib.
"Bakufakt" xəbər verir ki, Ərdoğan sammitdə Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın təsviri olan qalstuk taxıb.
Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən xüsusi hazırlanmış yaşıl fonlu qalstukun üzərində KAAN təyyarəsinin motivləri əks olunub.
Prezident Ərdoğanın milli döyüş təyyarəsinin simvolikasını əks etdirən bu seçimi ölkənin müdafiə sənayesinə verilən önəmin nümayişi kimi qiymətləndirilir.

