Azad Media Susdurula Bilməz!
İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi
XARİCİ MƏNBƏLƏR

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

İranın cənubunda yerləşən Buşəhr və Çoqadak şəhərləri rayonunda iki partlayış səsi eşidilib.

Bakufakt xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl Buşəhr şəhəri və Çoqadak şəhəri rayonunda iki partlayış baş verib", - deyə məlumatda bildirilib.

Agentliyin məlumatına görə, partlayışlar həmçinin İranın cənubundakı Konarak şəhərində də qeydə alınıb.

Hadisələr nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, iyulun 8-də ABŞ prezidenti Donald Tramp NATO sammiti zamanı Vaşinqton və Tehran arasında atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib.

IRON MAX AZERBAIAN