GÜNDƏM
Hamilə qadın "ASAN xidmət"in qarşısında bıçaqlandı: Qardaşı saxlanıldı
Tovuzda hamilə qadın bıçaqlı hücuma məruz qalıb.
"Bakufakt" xəbər verir ki, hadisə rayondakı "ASAN xidmət" mərkəzinin qarşısında qeydə alınıb.
Bıçaqlanan qadın hamilə olub. O, xəstəxanaya çatdırılıb.
Onun S.Məmmədli olduğu bildirilir.
"Oxu.az"ın məlumatına görə, qadının qardaşı Ə.Məmmədzadə hadisəni törətməkdə şübhəli bilinərək polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Araşdırmalar davam etdirilir.

