XARİCİ MƏNBƏLƏR
Rusiyada mikroavtobus və yük maşını toqquşub - Xeyli sayda ölən və yaralanan var
Rusiyanın Perm vilayətində mikroavtobus və yük maşını toqquşub.
Hadisə nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
“R-243 Kostroma-Şarya-Kirov-Perm yolunun 55-ci kilometrliyində yük maşını və “QAZelle Next” markalı sərnişin mikroavtobusu toqquşub”, - agentliyin mənbəsi qeyd edib.
“Baza” teleqram kanalı isə yeddi nəfərin öldüyünü bildirir.

