BU DƏQİQƏ! Tatarıstan da BOMBALANDI: binalar VURULDU, Kazanda həyat dayandı
Kazandakı yaşayış binalarına PUA-larla törədilən hücum nəticəsinə ölən və ya yaralanan yoxdur. Respublikanın rəisi Rüstəm Minnixanov açıqlayıb. O bildirib ki, hadisədən sonra bütün sənaye müəssisələrinin işçiləri də təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib. Məlumata görə, Tatarıstan hökumətinin qərarı ilə qarşıdakı iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub.
Sözügedən addım təhlükəsizlik tədbirləri ilə əsaslandırılıb. Kazan şəhərinə hücum ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) ilə törədilib. Bildirilib ki, hücum zamanı Kamaleev prospekti, Klara Setkin, “Yukozinskaya”, Hadi Taktaş, “Krasnaya Pozisiya” və “Orenburqski trakt” küçələrindəki binalar hədəfə alınıb.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla söhbətləşir.