Azad Media Susdurula Bilməz!
Kişi evə ayaqqabı ilə girən təcili yardım həkimlərini DÖYDÜ
XARİCİ MƏNBƏLƏR

Kişi evə ayaqqabı ilə girən təcili yardım həkimlərini DÖYDÜ

Rusiyanın Primorski vilayətinin Vladivostok şəhərində sərxoş şəxs təcili yardım işçilərinə hücum edib.

Şəhər sakini olan qadın özünü pis hiss etdiyindən çağırışla evə təcili tibbi yardım həkimləri gəlib. Müayinə zamanı qadının sərxoş əri təcili tibbi yardım işçilərinə hücum edib. Kişi nalayiq sözlər işlədib və həkimlər mənzildən çıxmaq istəyəndə, o, qapını bağlayaraq, onları hədələyib.

“Kişinin vəziyyətini və aqressiv davranışını görüb dərhal münaqişəyə girməmək və mümkün qədər tez hadisə yerini tərk etmək qərarına gəldim. Təəssüf ki, o, hücuma davam etdi və bizimlə birlikdə liftə qaçdı. Orada özünü müdafiə etmək üçün var gücü ilə çalışan həmkarımı döyməyə başladı. Sürücüyə zəng vurdum ki, maşının yanında bizi gözləsin və lift dayanan kimi sürətlə çıxışa tərəf qaçdıq”, - deyə həkimlərdən biri bildirib.

Kişi qadınların arxasınca küçəyə qaçaraq, orada sürücüyə hücum edib və barmağı ilə onun gözünə vurub. Təsadüfi yoldan keçənlər təcavüzkarın qarşısını almağa kömək ediblər. Xəsarət alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Hücumla bağlı rayon prokurorluğu araşdırma aparır. İdarədən qeyd ediblər ki, münaqişə sərxoş kişinin həkimlərin küçə ayaqqabısı ilə girməsinin xoşuna gəlmədiyi üçün başlayıb.

"Bakufakt.az"

IRON MAX AZERBAIAN