XARİCİ MƏNBƏLƏR
Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı
Rusiyada Moskva Dövlət Universitetinin Çin vətəndaşı olan tələbələri hərbi komissarlığa çağırıblar.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlum olub ki, çağırış vərəqələri tələbələrə “texniki nasazlıq” səbəbindən göndərilib. Belə ki, hazırkı qəbuldan əvvəl Moskva Dövlət Universitetində oxumuş bir çox çinli tələbə artıq Rusiya vətəndaşlığını alıb. Nəticədə eyni ada sahib olan tələbələrə hərbi xidmətə çağırış vərəqəsi verilib. Çinlilərin Rusiya ordusunda xidmət etməsi qanuni olaraq mümkün deyil, çünki onlar başqa ölkənin vətəndaşı olaraq qalırlar.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki yerləşən pərakəndə satış məntəqələrində keçirilən genişmiqyaslı reyddən sonra 150-yə yaxın xarici vətəndaş hərbi komissarlığa aparılıb.