Azad Media Susdurula Bilməz!
Rusiyaya gedənlərə bəd xəbər – Sərt qaydalar
XARİCİ MƏNBƏLƏR

Rusiyaya gedənlərə bəd xəbər – Sərt qaydalar

 

Rusiya Milli İşlər üzrə Federal Agentlik (FADN) ölkəyə gələn miqrantlarla bağlı xüsusi proqram hazırlayır. Belə ki, Rusiyaya miqrant kimi gedib vətəndaşlıq almaq istəyənlər üçün müəyyən şərtlər qoyulacaq.

FADN bununla bağlı xüsusi proqram hazırlayıb və həyata keçirəcək.  

Şərtlər bir neçə mərhələdən ibarət olacaq. 

İlkin olaraq, əsasən, miqrantlara Silahlı Qüvvələrdə xidmət etdikdən sonra vətəndaşlıq almaq imkanları barədə məlumat veriləcək. Onlardan ilk növbədə səlis rus dilində danışmaq, öz yerliləri arasında ana dillərində danışmamaq, camaat içində namaz qılmamaq, pıçıltı ilə danışmamaq və fit çalmamaq kimi  şərt kimi qoyulacaq. 

Mühazirələrdə miqranta bildiriləcək ki, Rusiya vətəndaşlığını qəbul etdinsə, artıq bu ölkənin qaydalarına uyğun olaraq həyat tərzini qurmalısan. Rusiyada olduğunuza görə rus dilində danışmalı və sizə tanış olmayan insanlara "bacı", qardaş" kimi müraciət etməməlisiniz.

Digər məqam, yoldan keçən insanlar barədə öz ana dilində nəsə demək və onlar haqqında asta danışmağa qadağalar qoyulacaq. 

Miqrantlara hər hansı dinə münasibətini açıq şəkildə nümayiş etdirməyin, o cümlədən küçədə dini ayinləri yerinə yetirmək (buraya qurban kəsmək də daxildir) və ictimai yerlərdə namaz qılmaq adətinin olmadığı vurğulanacaq.

Onlara həmçinin deyiləcək ki, rus qadınlarının ənənəvi olaraq açıq-saçıq geydiyi üçün bir norma hesab edildiyindən onlar qınaq obyekti olmayacaq. Ona görə də küçədə yad kişi və qadınla tanış olmaq məqsədilə onlara fiziki cəhətdən toxunmağa yol verilməməsi də miqrantların diqqətinə çatdırılacaq.

Mühazirələrdə miqrantlara sərt şəkildə miqrasiya qanunlarına riayət olunması, bunu pozanlara qarşı sərt cəza tədbrilərinin görüləcəyi barədə məlumat veriləcək.

IRON MAX AZERBAIAN