XARİCİ MƏNBƏLƏR
“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak
Rusiya dağılana qədər bu müharibənin başa çatmasından danışmaq çətindir.
Bunu Ukrayna Katolik Universitetinin professoru, tarixçi Yaroslav Qritsak deyib.
"Söhbət potensialın artırılması və müharibənin yeni raunduna hazırlaşmaq üçün indi birgə yaşamağın yolunu tapmaqdan gedir. Bunun necə olacağını bilmirik. Amma məntiq belədir. İdeya ondan ibarətdir ki, Rusiya sistemi uzunmüddətli perspektivdə dayanıqlı deyil, gec-tez dağılacaq", - tarixçi bildirib.
Qritsak hesab edir ki, indiki halda sülh mümkün deyil, ancaq müəyyən müddət davam edəcək atəşkəs ola bilər.