Azad Media Susdurula Bilməz!
Qaxda “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirilib
cəmi̇yyət

Qaxda “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirilib

Qax rayonunda avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədilə yol polisi profilaktik tədbir keçirib.

Tədbir zamanı nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.

Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

IRON MAX AZERBAIAN