Azad Media Susdurula Bilməz!
Qayaya saplanan 1300 illik qılınc müəmmalı şəkildə yoxa çıxdı - FOTO
XARİCİ MƏNBƏLƏR

Qayaya saplanan 1300 illik qılınc müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Fransanın Rokamadur şəhərində "Ekskalibur" kimi tanınan qədim qılınc müəmmalı şəkildə yoxa çıxıb.

Qəsəbədəki qayaya saplanmış tarixi qılınc oğurlanıb. 

Qılıncın itməsi yerli xalqı məyus edib.

Polis kiminsə qılınc oğurlamaq üçün 100 fut hündürlüyündəki dik qayaya necə dırmaşdığını müəyyən etməyə çalışır.

1300 ildir qayaya saplanan qılıncla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, əfsanəyə görə, 8-ci əsrdə Böyük Karl üçün cəsurca mübarizə aparan və yarıəfsanəvi döyüşçü olan Rolanda aid olduğu düşünülür.

Rəvayətə görə, qırılmayan və dünyanın ən kəskin qılıcı olan "Ekskalibur"la bir zərbə ilə daşı bölmək mümkündür.

Böyük Karlın həmin qılıncı bir mələkdən aldığı və ən yaxın əsgərinə hədiyyə etdiyi bildirilir.
Roland Roncevaux Keçidi müharibəsində qəhrəmancasına ölməzdən əvvəl düşmənlərinin əlinə keçməməsi üçün qılıncı daşlara vuraraq sındırmağa çalışsa da, buna nail ola bilməyib. Döyüşçünün qılıcı havaya atdığı və havada yüzlərlə mil yol qət etdikdən sonra Rokamadurda qayaya saplanıb.

IRON MAX AZERBAIAN