Azad Media Susdurula Bilməz!
Putin qaz ödənişlərinə görə hökumətə vaxt qoydu
XARİCİ MƏNBƏLƏR

Putin qaz ödənişlərinə görə hökumətə vaxt qoydu

Rusiya Prezidenti Vladimir Putin hökumətə, Rusiya Bankına və “Qazprom”a martın 31-dək dost olmayan ölkələrlə təbii qazın tədarükünə görə ödənişlərin rubla köçürülməsi üçün tədbirlər görməyi tapşırıb.

Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Hökumətə təchizatın həcmini, qiymətləri və qiymətqoyma prinsiplərini saxlamaqla mövcud müqavilələrə dəyişiklik etmək tapşırılıb. Həmçinin Nazirlər Kabinetinə və Mərkəzi Banka ödənişlərin həyata keçirilməsi, o cümlədən təbii qaz alıcılarının daxili valyuta bazarında Rusiya rublunun alınması imkanlarını təmin etmək tapşırılıb.

Prezidentin sərəncamının icrasına cavabdeh kimi Baş nazir Mixail Mişustin, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və “Qazprom”un rəhbəri Aleksey Miller təyin ediliblər.

Mənbə: Gazeta.ru

IRON MAX AZERBAIAN