Ərindən gizli alış-veriş etdi, qorxudan bu yola əl atdı - VİDEO
Türkiyənin Antalya şəhərinin Manavqat mahalında maskalı şəxs tərəfindən döyüldüyünü və evindən oğurluq edildiyini deyən qadının yalan danışdığı üzə çıxıb.
Ayşə.D adlı qadın polisə müraciət edərək 1.5 yazşlı qızıyla evdə olarkən kuryer geyimində olan şəxsin qapını döydüyünü deyib. O, naməlum şəxsin onu döyməyə başladığını, başını divara çırpdığını, uşağı qaçırmaqla təhdid etdiyini söyləyib.
Qadın məcbur qalaraq evdəki qızılların yerini oğruya dediyini bildirib.
Vəziyyəti pisləşən qadın müalicə üçün xəstəxanaya aparılıb.
Əraziyə gələn polislər təhlükəsizlik kameralarını görüntülərini araşdırsa da, Ayşə. D-nin təsvir etdiyi görkəmdə şəxsə rast gəlməyiblər.
Araşdırmalardan sonra belə bir şəxsin ümumiyyətlə mövcud olmadığı üzə çıxıb.
Polis bölməsinə aparılan qadın heç bir oğurluq hadisəsi yaşanmadığını və 20 min lirə (təxminən 1000 AZN) kredit borcuna görə ərindən qorxuğunu və belə bir yalan uydurduğunu etiraf edib.
Billurə