Azad Media Susdurula Bilməz!
Polis keçmiş deputatı və oğlunu axtarır
XARİCİ MƏNBƏLƏR

Polis keçmiş deputatı və oğlunu axtarır

 

İyunun 13-də İrəvanda baş verən hadisə ilə bağlı məlumatların detalları bu gün açıqlanıb.

Həmin gün İrəvan şəhər sakini 36 yaşlı Zarzand Akopyan polisin operativ idarəetmə mərkəzinə zəng edərək bildirib ki, Sevastopolyan 24 ünvanında tanımadığı şəxs onunla mübahisə edib, bundan sonra nalayiq sözlər söyləyərək maşınına təpik vurub.

Mənbənin məlumatına əsasən, Ərəbkir rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları qeyd olunan yerə gəliblər və onlar həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zarzand Akopyanın qeyd etdiyi şəxslərin İrəvan sakinləri olduğunu müəyyən ediblər - bunların 58 yaşlı Tachat Vardapetyan və 29 yaşlı Askanaz Vardapetyan olduğu dəqiqləşdirilib.

Hadisə əsasında polis fiziki təzyiq əlamətləri ilə bağlı sənədləri tərtib edib və Ərəbkir rayonunun istintaq şöbəsinə təhvil verilib.

Mənbənin sözlərinə görə, T.Vardapetyan Milli Assambleyanın keçmiş deputatı, A.Vardapetyan isə onun oğludur. Hazırda polis ata-oğulu axtarır.

IRON MAX AZERBAIAN