Diş çıxaran dərman hazırlandı: bazarda satılacaq
Bir çox insanlarda anadangəlmə diş çatışmazlığından əziyyət çəkir ki, bu da nəticədə çənə inkişafına və yemək vərdişlərinə mənfi təsir göstərir. Hazırlanan yeni diş çıxaran dərman vasitəsilə bu problemə son veriləcək.
Bakufakt.az xəbər verir ki, insanlarda diş çatışmazlığı problemini aradan qaldırmaq məqsədilə yapon tədqiqatçıları tərəfindən diş çıxaran dərman hazırlanıb. Əgər sınaqlar uğurla nəticələnərsə, onun bazara satışa çıxarılacağı tarix açıqlanıb.
Yaponiyanın Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutundan Katsu Takahashi və komandası tərəfindən hazırlanmış dərman heyvanlar üzərində sınaqdan uğurla çıxıb. Hazırda mütəxəssislər diş çıxarma dərmanının yetkin insanlarda sınaqları 2024-cü ilin sentyabrında başlamağı planlaşdırırlar. Daha sonra uşaqlarda sınaqdan keçiriləcək.
Sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib.
Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. İntravenöz olaraq tətbiq edilən dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək.
Tədqiqatçılar böyüklər üzərində aparılan təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişləri əskik olan 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər.
Dərmanın 2030-cu ildə bazara çıxarılması hədəflənir.