Müğənni “Crocus City Hall”da konsertinin ləğvi üçün yarım milyon tələb edir
“Fabrika”nın keçmiş üzvü Sati Kazanova konsertinin ləğvi üçün 600 min rubldan çox pul tələb edir. Müğənninin konserti həmin gün “Crocus City Hall” ticarət mərkəzində terror aktı qurbanlarının xatirəsinə matəm elan edildiyinə görə baş tutmayıb.
Bu barədə tədbir təşkilatçılarına istinadən SHOT kanalı məlumat yayıb.
Müğənninin konserti martın 24-də “Bounce club”da baş tutmalı idi, lakin ümummilli matəm səbəbindən ləğv edilib. Ulduzların klubdakı çıxışlarını sifariş edən Omega Events tədbir məkanı Kazanovanın nümayəndələrinə konsertin ləğvi barədə məlumat verib. Müğənniyə bunu başqa tarixə keçirmək təklif olunub.
Təşkilatçıların sözlərinə görə, müğənni çıxış etməkdə israr etsə də, rədd cavabı alıb. Bundan sonra Kazanova icarə haqqı üçün ödədiyi pulun ona qaytarılmasını tələb edib. Lakin ona məlumat verilib ki, təşkilatçılardan asılı olmayan şəraitə görə konsert baş tutmadığından müqavilədə bu nəzərdə tutulmayıb.